1 oktyabr 2026. Cümə axşamı

Ueston Makkenni “Yuventus”u “Roma”ya dəyişir


  • Transfer
  • 23:13 11.08.2025
  • Oxunma sayı: 301
Ueston Makkenni “Yuventus”u “Roma”ya dəyişir

İtaliyanın “Yuventus” klubunun oyunçusu olan yarımmüdafiəçi Ueston Makkenni Seriya A-da başqa komandaya transfer oluna bilər.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, 26 yaşlı futbolçunun xidmətində “Roma” klubu maraqlıdır. "Canavarlar" amerikalı futbolçunun agenti ilə artıq əlaqə saxlayıb.

Makkenninin bazar dəyəri təxminən 22 milyon avro qiymətləndirilir. Ötən mövsüm İtaliya çempionatında “Qoca Sinyora” ilə 32 oyunda iştirak edən amerikalı futbolçu 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Oyun zamanı isə 3 sarı vərəqə alıb.

“Roma” klubunun Makkennini heyətinə qatmaq üçün hərəkətə keçdiyi qeyd olunur, lakin transferin detalları hələ dəqiqləşməyib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir