14 dekabr 2025. Bazar günü

Premyer Liqa klubu “Ayaks”ın hücumçusunu transfer edib


  • Transfer
  • 23:27 11.08.2025
  • Oxunma sayı: 240
Premyer Liqa klubu “Ayaks”ın hücumçusunu transfer edib

“Ayaks”ın hücumçusu Çuba Akpom karyerasını yenidən İngiltərədə davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “İpsviç” klubu 29 yaşlı forvardı bir illik icarəyə götürüb.

Akpom “Arsenal” klubunun yetirməsidir. Lakin əsas komandada yer tuta bilməyən hücumçu karyerası boyunca “Arsenal”dan altı dəfə icarəyə göndərilib. Daha sonra isə PAOK, “Midlsbro”, “Ayaks” və “Lill”də çıxış edib.

Hazırda Akpom “Ayaks”la 2028-ci ilə qədər müqaviləlidir. İcarə müddətində “İpsviç” müəyyən şərtlər daxilində futbolçunu satın almaq hüququna malik olacaq.

“İpsviç” gələn mövsümü İngiltərə Çempionşipində keçirəcək. Klub ötən mövsüm Premyer Liqadan düşüb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı