- Transfer
- 23:58 14.04.2026
Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü “Qarabağ” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Corner.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi İngiltərə Premyer Liqa klubundan “Bornmut”un qapıçısı Asmir Beqoviçi transfer edir. 32 yaşlı qapıçı ilə 1 illik icarə müqaviləsi imzalamaq üzrədir. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı, yaxın saatlarda transferlə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.(qol)