5 dekabr 2025. Cümə

"Liverpul"u "Çelsi"yə dəyişir?


  • Transfer
  • 13:34 12.08.2025
  • Oxunma sayı: 159
"Liverpul"u "Çelsi"yə dəyişir?

"Liverpul"un mərkəz müdafiəçisi İbrahim Konate yay transfer pəncərəsində kluba keçə bilər.

90deqiqe.Az-ın "Delinedaylive"yə istinadən məlumatına görə, "Çelsi" klubu fransız oyunçunu transfer etmək istəyir. London təmsilçisi artıq 26 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

İbrahimənin İngiltərə çempionu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Futbolçunun bazar dəyəri 60 milyon avrodur.

İngiltərə Premyer Liqasında ötən mövsüm Konate 31 matçda iştirak edib. Müdafiəçi bir qol vurub, iki məhsuldar ötürmə verib və beş sarı vərəqə alıb.







Transfer