14 dekabr 2025. Bazar günü

"Bayer" niderlandlı forvardı heyətinə qatıb


  • Transfer
  • 13:45 12.08.2025
  • Oxunma sayı: 141
"Bayer" niderlandlı forvardı heyətinə qatıb

"AZ Alkmaar"da çıxış etmiş hücumçu Ernest Pokunun "Bayer"ə keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderllandlı forvardla 5 illik əmək müqaviləsi imzalanıb.

Alman mətbuatının yazdığına görə, Poku Leverkuzenə bonuslar nəzərə alınmasa 10 milyon avroya başa gəlib.

Ötən mövsüm 21 yaşlı vinger AZ Alkmaar-ın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Poku avqustun 23-də Bundesliqada "Bayer"də debüt edə biləcək.Almaniya çempionatının ilk turunda "Leverkuzen" "Hoffenhaym"la qarşılaşacaq.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı