5 dekabr 2025. Cümə

"Vest Hem" portuqaliyalı yarımmüdafiəçini hədəf alıb


  • Transfer
  • 13:50 12.08.2025
  • Oxunma sayı: 143
"Vest Hem" portuqaliyalı yarımmüdafiəçini hədəf alıb

"Vest Hem" "Sauthempton"da çıxış edən mərkəz yarımmüdafiəçisi Mateus Fernandeşi transfer etmək istəyir.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, "çəkiclilər" futbolçunun transferi üçün artıq futbolçunun agenti ilə əlaqə saxlayıb və "Sauthempton"a təklif hazırlayır.

Eyni zamanda, "müqəddəslər" portuqaliyalıya 35 milyon avro qiymət qoyurlar.

Onlar daha az məbləğə Fernandeşlə ayrılmağa hazır deyillər.

Ötən mövsüm yarımmüdafiəçi "Sauthempton"un heyətində 42 oyuna 3 qol vurub, 6 məhsuldar ötürmə edib, lakin bu, komandanı Çempionşipa liqaya düşməkdən xilas edə bilməyib.

Transfermarkt-ın məlumatına görə, Fernandeşin qiyməti 15 milyon avrodur. Premyer Liqada yeni mövsümə avqustun 15-də start veriləcək.







Transfer