15 aprel 2026. Çərşənbə

İkardi PSJ-də


  • Transfer
  • 13:53 02.09.2019
  • Oxunma sayı: 463
İkardi PSJ-də

İnter'in hücumçusu Mauro İkardinin taleyinə aydınlıq gəlib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, argentinalı futbolçu PSJ ilə razılığa gəlib.

Klublar arasında razılığa əsasən, Paris təmsilçisi onu 1 illik icarəyə götürüb. PSJ 26 yaşlı futbolçunu gələn il birdəfəlik transfer etmək hüququna malik olacaq. İkardi bu gün tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Mauro İkardi 2013-cü ildən bəri "İnter"in formasını geyinib.







Transfer