5 dekabr 2025. Cümə

"Everton" "Mançester Siti"nin futbolçusunu transfer edib


  • Transfer
  • 20:08 12.08.2025
  • Oxunma sayı: 127
"Everton" "Mançester Siti"nin futbolçusunu transfer edib

"Mançester Siti"nin vingeri Cek Qrilişinin "Everton" klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  29 yaşlı futbolçu 2025/2026 mövsümünü şirniyyatlıların heyətində keçirəcək.

Futbolçu 18 nömrəli forma altında oynayacaq.

Daha əvvəl, müqavilənin Qrilişin 57,7 milyon avro satın alma opsiyonu ilə bir mövsümlük icarəyə verilməsini nəzərdə tutduğuna dair məlumatlar ortaya çıxıb. Gələcək transferlə bağlı qərar həm də futbolçunun özünün istəyindən asılı olacaq.

Qrealiş 2021-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçu ötən klub mövsümündə 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Tanınmış statistik internet portalı Transfermarkt-ın məlumatına görə, hücumçunun dəyəri 28 milyon avrodur.







Transfer