5 dekabr 2025. Cümə

Aleksandr İsak “Nyukasl”dan ayrılmaqda israrlıdır


  • Transfer
  • 21:14 12.08.2025
  • Oxunma sayı: 156
Aleksandr İsak “Nyukasl”dan ayrılmaqda israrlıdır

İsveç millisinin hücumçusu Aleksandr İsak “Nyukasl”dan ayrılmaq qərarını verib.

90deqiqe.Az-ın “The Times”ə istinadən məlumatına görə, 25 yaşlı futbolçu son üç ildə yaşadığı İngiltərənin şimal-qərbindəki evindən də köçüb.

Bildirilir ki, İsak “Liverpul”a transferi baş tutmasa belə, “Nyukasl”ın heyətində çıxış etmək niyyətində deyil.

Mətbuatda daha əvvəl “Nyukasl”ın “Liverpul”dan futbolçu üçün gələn 127,5 milyon avro məbləğindəki təklifi rədd edildiyi yazılmışdı. Mersisayd təmsilçisi ikinci rəsmi təklifini hələ göndərməyib.

Aleksandr İsak “Nyukasl” forması ilə ümumilikdə 109 oyuna çıxıb, 62 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer