- Transfer
- 23:58 14.04.2026
Mançester Yunayted müdafiəçisi Mateo Darmianla yollarını ayırıb.
Corner.az xəbər verir ki, “Parma” 29 yaşlı futbolçunu transfer edib. İtaliya təmsilçisinin rəsmi saytı Darmianla ilə 4 illik müqavilə imzalandığını açıqlayıb. "Parma" bu transferə görə qarşı tərəfə 1,5 milyon avro ödəyib.
Qeyd edək ki, italiyalı futbolçu “qırmızı şeytanlar”a 2015-ci ildə “Torino”dan transfer olunmuşdu.