5 dekabr 2025. Cümə

"Milan" onu yenə icarəyə göndərdi


  • Transfer
  • 21:55 12.08.2025
  • Oxunma sayı: 161
"Milan" onu yenə icarəyə göndərdi

“Milan" yarımmüdafiəçisi Uorren Bondo icarəyə göndərib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu mövsümün sonuna qədər “Kremoneze”də çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ötən mövsüm İtaliya A Seriyasına yüksəlmək üçün keçirilən pley-offun qalibi olan “Kremoneze” heyətini 21 yaşlı futbolçu ilə gücləndirib. Bondo peşəkar səviyyədə debütünü 4 il əvvəl “Nansi”də edib. Daha sonra “Montsa”ya keçən gənc oyunçu buradan “Milan”a 10 milyon avroya transfer olunub.

Keçən mövsüm Bondo “Milan”da 5, “Montsa”da isə 22 oyuna çıxıb və məhsuldar göstərici ilə fərqlənməyib. Futbolçu Fransa yığmasının bütün yaş qruplarında oynayıb, lakin əsas komandaya hələ dəvət almayıb. O, həm mərkəz yarımmüdafiəçi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edə bilir.







Transfer