1 oktyabr 2026. Cümə axşamı

Upamekano "Mançester Yunayted"ə təklif olunub


  • Transfer
  • 22:06 12.08.2025
  • Oxunma sayı: 240
Upamekano "Mançester Yunayted"ə təklif olunub

“Bavariya” müdafiəçisi Dayo Upamekano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçunun xidmətində “Mançester Yunayted” klubu maraqlıdır. Münhen klubu futbolçunu komandada saxlamağa çalışır, lakin danışıqlar prosesi çətinliklərlə üzləşir.

Bu fonada 26 yaşlı futbolçunun agenti Musa Sissoko “Mançester Yunayted”lə danışıqları davam etdirir.

“Qırmızı şeytanlar” müdafiə xəttini gücləndirmək istədikləri üçün futbolçuya maraq göstərirlər. 

Upamekanonun “Bavariya” ilə mövcud müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Buna görə də, bu yay fransız müdafiəçini endirimli qiymətə almaq mümkün ola bilər. Nüfuzlu Transfermarkt portalı Dayonun dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir