30 yanvar 2026. Cümə

“Bayer” argentinalı yarımmüdafiəçini hədəf alıb


  • Transfer
  • 22:41 12.08.2025
  • Oxunma sayı: 186
“Bayer” argentinalı yarımmüdafiəçini hədəf alıb

 “Əl-Qadisiya”nın yarımmüdafiəçisi Esekyel Fernandes karyerasını Almaniyanın “Bayer” klubunda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Leverkuzen təmsilçisi argentinalı futbolçu ilə maraqlanır. 

 “Bayer” artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Tezliklə “Əl-Qadisiya”ya Fernandes üçün rəsmi təklif göndərəcək.

23 yaşlı oyunçu 2024-cü ilin yayından bəri Səudiyyə Ərəbistanı klubunda çıxış edir. Ötən mövsümdə o, 37 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt portalı Esekyel Fernandesi 12 milyon avro qiymətləndirir.







Transfer