15 aprel 2026. Çərşənbə

Navas Fransaya köçür


  • Transfer
  • 14:13 02.09.2019
  • Oxunma sayı: 460
Navas Fransaya köçür

Real'ın qapıçısı Keylor Navas karyerasını PSJ-də davam etdirəcək.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı qolkiper artıq Parisə yola düşüb.

La Liqanın 3-cü turunda "Vilyarreal"la keçirilən görüşdən dərhal sonra Navas xüsusi təyyarə ilə Fransaya gedib. Transferin bu gün rəsmən açıqlanması gözlənilir.

PSJ Navasın əvəzinə müəyyən məbləğdə pul və qapıçısı Alfons Areola'nı "Real"a verəcək.







Transfer