- Transfer
- 23:59 26.03.2026
Almaniyanın “Bayer” klubu “Brayton”un yarımmüdafiəçisi Fakundo Buonannotteni heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az-ın "Kicker"ə istinadən məlumatına görə, argentinalı futbolçunun transferi Florian Virtsin “Liverpul”a keçidindən sonra yaranan boşluğu doldurmaq baxımından klub üçün əsas hədəflərdən biridir.
Məlumata görə, “Bayer”in gündəmində digər bir namizəd – “Monako”nun futbolçusu Maqnus Aklyuş da yer alır. Lakin Fransa təmsilçisi oyunçu üçün 50 milyon avrodan çox tələb etdiyindən bu transfer hələlik real hesab olunmur.
“Brayton” isə 20 yaşlı Fakundo Buonannotteni icarəyə vermək, ya da təxminən 45 milyon avroya satmaq niyyətindədir.