27 mart 2026. Cümə

Ederson “Mançester Siti”də qala bilər


  • Transfer
  • 15:40 13.08.2025
  • Oxunma sayı: 187
Ederson “Mançester Siti”də qala bilər

“Mançester Siti” qapıçısı Ederson Moraesi komandada saxlamaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, klub rəhbərliyi təcrübəli qolkiperin transferinə qarşı çıxır və hələlik onunla bağlı heç bir təklif qəbul edilməyib. Klub daxilindəki mənbələr bildirir ki, braziliyalının transferi ilə bağlı heç bir komanda “şəhərlilər”lə rəsmi əlaqə qurmayıb.

Bununla belə, Ederson komandanı tərk edərsə, “Mançester Siti” diqqətini PSJ-nin qapıçısı Canluici Donnarummaya yönəldəcək.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray”ın braziliyalı qapıçı üçün yeni təklif hazırladığı barədə xəbərlər yayılmışdı.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb