- Transfer
- 23:59 26.03.2026
İtaliyanın “Milan” klubu “Yanq Boyz”un müdafiəçisi Zakariya Atekamenin transferini başa çatdırmaq üzrədir.
90deqiqe.Az-ın "Football Italia"ya istinadən məlumatına görə, klublar arasında razılıq əldə olunub və hazırda tərəflər yalnız sənəd işlərini yekunlaşdırmaq üzərində çalışırlar.
Məlumata görə, İsveçrə klubu gələcək satışdan 10% pay almaq hüququnu da təmin edib.
20 yaşlı sağ cinah müdafiəçisi yay transfer dönəmində “rossoneri”nin 7-ci transferi olacaq. Sövdələşmənin ümumi dəyəri 10 milyon avro (bonuslar daxil olmaqla) təşkil edir.
Qeyd edək ki, Zakariya Atekame ötən mövsüm klub səviyyəsində 43 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə edib və 8 sarı vərəqə ilə yadda qalıb.