- Transfer
- 22:01 12.05.2026
Radamal Falkaonun keçidini həll edən “Qalatasaray” digər hücumçusu Mbaye Diaqneni “Brügge”yə icarəyə verib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Brayton”dan Florin Andoneni, “Sauthempton”dan isə Mario Leminanı heyətinə qatmaq üzrədi.
“Sarı-qırmızılar” hər iki futbolçunu icarəyə götürəcəyini açıqlayıb. Artıq sözügedən klublarla rəsmi danışıqlara başlanılıb. Lemina ilə Andonenin qısa zamanda İstanbula gələrək icarə müqaviləsinə imza atması gözlənilir.
Rumıniya millisində də çıxış edən Andone “Brayton”da 2018-ci ildən çıxış edir. 26 yaşlı hücumçu daha öncə “Kastelyon”, “Vilyarreal”, “Atletiko” (Baleares), “Kordoba” və “Deportivo”da da oynayıb.