1 oktyabr 2026. Cümə axşamı

Kalvert-Levin karyerasını “Lids”də davam etdirəcək


  • Transfer
  • 21:26 13.08.2025
  • Oxunma sayı: 269
Kalvert-Levin karyerasını “Lids”də davam etdirəcək

İngiltərə millisinin hücumçusu Dominik Kalvert-Levin karyerasını “Lids” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, tərəflər 28 yaşlı forvardın azad agent kimi müqavilə imzalaması barədə prinsipial razılığa gəliblər.

Rəsmi transferin açıqlanması futbolçunun tibbi müayinədən keçməsindən sonra gözlənilir. Müayinə yaxın günlərdə baş tutacaq.

Kalvert-Levin yay transfer pəncərəsində “Everton”dan ayrılıb. O, 2015-ci ildən formasını geyindiyi mersisayd təmsilçisində 9 mövsüm ərzində 274 oyunda iştirak edib və 71 qol vurub.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir