27 mart 2026. Cümə

“Parma” danimarkalı yarımmüdafiəçi ilə gücləndirilib


  • Transfer
  • 22:20 13.08.2025
  • Oxunma sayı: 240
 “Parma” danimarkalı yarımmüdafiəçi ilə gücləndirilib

İtaliyanın “Parma” klubu heyətini “Midtyulland”ın yarımmüdafiəçisi Oliver Sorensenlə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Mətbuatda yayılan xəbərlərə əsasən, danimarkalının keçidi “Parma”ya bonuslarla birlikdə 10 milyon avroya başa gəlib.

Danimarka U-21 millisində çıxış etmiş futbolçu ötən mövsüm ölkə çempionatında 28 oyunda 9 qol vurub.

Qeyd edək ki, “Parma” 2023/24 mövsümündə A Seriyasında 16-cı pillədə qərarlaşaraq elita liqasındakı yerini qoruyub.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb