- Transfer
- 12:47 04.12.2025
“Brayton” klubu 21 yaşlı yarımmüdafiəçisi Karolos Balebanın satmayacaq.
90deqiqe.Az-ın "TBR Footbal"a istinadən məlumatına görə, kamerunlu futbolçu ilə “Mançester Yunayted” maraqlansa da, “qağayılar” rəqibin təklif edəcəyi məbləğin oyunçunu satmaq üçün kifayət etməyəcəyini düşünür.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” Balebanın əvəzinə baxdığı altı futbolçudan ibarət siyahı hazırlayıb. Həmin siyahıda aşağıdakı oyunçular yer alır:
Morten Yulmann (“Sportinq”)
Anqelo Ştiller (“Ştutqart”)
Xavi Gerra (“Valensiya”)
Mikel Xaurexisar (“Atletik”)
Lamin Kamara (“Monako”)
Lüsiyen Aqüme (“Sevilya”)