- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted”in hücumçusu Alexndro Qarnaçonun "Çelsi" klubuna keçidi başa çatmaq üzrədir.
90deqiqe.Az-ın "Football.London"a istinadən məlumatına görə, London klubu argentinalı futbolçu ilə danışıqları aktiv şəkildə aparır, lakin klub hazırda 30 milyon funtdan artıq ödəməyə hazır deyil. B
Eyni zamanda, “Mançester Yunayted” oyunçunun qiymətini 59 milyon avro olaraq müəyyən edib.
Qarnaço məhz “Çelsi”yə keçmək istəyir ki, bu da "zadəganlar" üçün transfer dəyərini endirmək üçün ümid yaradır.
Hazırda futbolçu əsas komandayla məşqlərdə iştirak etmir, çünki baş məşqçi Rubén Amorim onun üzərində planlar qurmur. Qarnaço “qırmızı şeytanlar”ın heyətində 2022-ci ilin yayından çıxış edir.