14 dekabr 2025. Bazar günü

“Milan” 20 yaşlı müdafiəçi transfer etdi


  • Transfer
  • 14:25 15.08.2025
  • Oxunma sayı: 197
“Milan” 20 yaşlı müdafiəçi transfer etdi

İsveçrə millisinin müdafiəçisi Zaxari Atekame karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “rossoneri”nin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçi “Milan”la uzunmüddətli müqavilə imzalayıb. Müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Transfermarktın qiymətləndirməsinə görə, Atekamenin keçidi “Milan”a 10 milyon avroya başa gəlib.

2024/2025 mövsümündə Zaxari Atekame 43 oyunda meydana çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, “Milan” ötən mövsüm A Seriyasında 63 xal toplayaraq turnir cədvəlində 8-ci yeri tutub.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı