1 oktyabr 2026. Cümə axşamı

Federiko Redondo karyerasını La Liqada davam etdirəcək


  • Transfer
  • 14:28 15.08.2025
  • Oxunma sayı: 379
Federiko Redondo karyerasını La Liqada davam etdirəcək

ABŞ-ın “İnter Mayami” klubunun yarımmüdafiəçisi Federiko Redondo MLS-dən ayrılaraq İspaniya çempionatına transfer olunub.

90deqiqe.Az xəbər verir ki,  22 yaşlı futbolçunun yeni klubu “Elçe” olacaq. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Argentinalı yarımmüdafiəçi “Elçe” ilə 2030-cu ilin yayına qədər uzunmüddətli müqavilə imzalayıb. Cari mövsümdə Redondo 35 oyunda meydana çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Federiko Redondo Madrid “Real”ının və Argentina millisinin sabiq yarımmüdafiəçisi Fernando Redondonun oğludur.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir