27 mart 2026. Cümə

"Göztəpə”dən “Leyptsiq”ə


  • Transfer
  • 14:53 15.08.2025
  • Oxunma sayı: 264
"Göztəpə”dən “Leyptsiq”ə

Türkiyənin “Göztəpə” klubunun hücumçusu Romulo Almaniya Bundesliqasına keçib.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı forvard “Leyptsiq”lə uzunmüddətli müqavilə imzalayıb. Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu beşillik sözləşməyə qol çəkib. Transferin məbləği 20 milyon avro, əlavə olaraq isə 5 milyon avro bonus nəzərdə tutulub.

Geridə qalan Türkiyə Super Liqası mövsümündə hücumçu 29 oyunda meydana çıxaraq 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki,  "Leyptsiq” ötən mövsüm Bundesliqada 51 xal toplayaraq turnir cədvəlində 7-ci yeri tutub.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb