14 dekabr 2025. Bazar günü

Davide Kalabriya “Panatinaikos”la anlaşıb


  • Transfer
  • 23:59 15.08.2025
  • Oxunma sayı: 171
Davide Kalabriya “Panatinaikos”la anlaşıb

“Milan”ın sabiq kapitanı Davide Kalabriya karyerasını Yunanıstanda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi “Panatinaikos”la 3 illik müqavilə imzalayacaq. Rəsmi açıqlama avqustun 16-da, italiyalı futbolçunun Afinaya gəlişindən sonra veriləcək.

Ötən mövsüm Kalabriya “Bolonya”nın heyətində mövsümü başa vurub. O, 13 matçda iştirak edib və komanda ilə İtaliya Kubokunu qazanıb. Finalda “Bolonya” məhz “Milan”ı məğlub edərək kuboka sahib çıxıb.

“Milan”dakı çıxışı ərzində Davide Kalabriya 272 oyuna çıxıb, 10 qol vurub. Yunanıstan çempionatının yeni mövsümü gələn həftə başlayacaq.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı