- Transfer
- 12:47 04.12.2025
"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço karyerasını A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, "Roma" ingilis futbolçuya rəsmi təklif göndərib və hazırda onun yekun qərarını gözləyir.
Məlumata görə, 25 yaşlı vingerin icarəyə götürülməsi və müqavilədə 23 milyon avro məbləğində satınalma bəndinin yer alması planlaşdırılır.
Sanço baş məşqçi Ruben Amorimin planlarına daxil deyil. Qeyd edək ki, ötən mövsümü o, icarə əsasında "Çelsi"də keçirib, lakin London təmsilçisi oyunçunu heyətində saxlamaqdan imtina edib.
İtaliya çempionatının ilk turunda "Roma" avqustun 23-də səfərdə "Bolonya" ilə qarşılaşacaq.