- Transfer
- 12:47 04.12.2025
"Çelsi"nin hücumçusu Nikolas Cekson yay transfer pəncərəsində klubu tərk etməyə hazırlaşır.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, futbolçunun karyerasını davam etdirmək üçün bir neçə variantı olsa da, artıq şəxsi qərarını verib.
Seneqallı forvard yaxın dostları ilə söhbətində "Aston Villa"ya keçmək istədiyini bildirib. Cekson yenidən birmingem klubunun baş məşqçisi Unai Emeri ilə çalışmaq arzusundadır.
Qeyd edək ki, futbolçu ispaniyalı mütəxəssislə "Vilyarreal"da birgə fəaliyyətindən müsbət təəssüratlara sahibdir.
Ceksonla həmçinin "Nyukasl" da maraqlanır. Ötən mövsüm 25 yaşlı hücumçu "Çelsi"nin heyətində 37 oyunda meydana çıxaraq 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.