- Transfer
- 12:47 04.12.2025
“Atalanta”nın yeni baş məşqçisi İvan Yuriç futbolçu Ademola Lukmanın məşqlərdə iştirak etməməsi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, mütəxəsis bu bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Ademola mənimlə çox dürüst oldu və fikirlərini izah etdi. Sadəcə vəziyyəti qəbul etməliyik. Təəssüf ki, iş bu həddə gəldi. Mən komandaya başçılıq edəndə onun baldır əzələsində zədəsi vardı, sonra isə bu baş verdi. Onunla işləyə bilmədim. Amma ən azı bu, komandaya təsir etmədi."
27 yaşlı nigeriyalı hücumçu klubun onu 45 milyon avroya “İnter”ə satmaq istəməməsindən məyus olub.
Lukman 2022-ci ildən “Atalanta”da çıxış edir. Bu müddətdə o, 118 oyuna çıxaraq 52 qol vurub və 25 məhsuldar ötürmə edib.