- Transfer
- 00:12 30.06.2026
Real'ın qapıçısı Keylor Navasın PSJ-yə keçidi rəsmiləşib.
Corner.az xəbər verir ki, 32 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransa mətbuatı bu transfer üçün Paris təmsilçisinin 15 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, K.Navas 2014-cü ildən "Real"da çıxış edirdi.