5 dekabr 2025. Cümə

Viktor Lindelöf karyerasını Bundesliqada davam etdirə bilər


  • Transfer
  • 13:47 17.08.2025
  • Oxunma sayı: 154
Viktor Lindelöf karyerasını Bundesliqada davam etdirə bilər

“Mançester Yunayted”in sabiq müdafiəçisi Viktor Lindelöf Almaniya Bundesliqasına keçməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, isveçli futbolçu ilə Leverkuzen “Bayer”i maraqlanır. “Farmasevtlər” 30 yaşlı oyunçuya bir illik müqavilə təklif göndərib. Futbolçunun yaxın günlərdə qərarını verəcəyi gözlənilir.

Lindelöf 2017–2024-cü illərdə “Mançester Yunayted”in formasını geyinib. Ötən mövsüm Premyer Liqada 16 oyunda iştirak edən müdafiəçi 1 sarı vərəqə alıb.

Hazırda o, azad agent statusundadır.







Transfer