1 oktyabr 2026. Cümə axşamı

“Bavariya” Kristofor Nkunkunu transfer etməyə yaxındır


  • Transfer
  • 14:45 17.08.2025
  • Oxunma sayı: 255
“Bavariya” Kristofor Nkunkunu transfer etməyə yaxındır

 “Çelsi”nin hücumçusu Kristofor Nkunkunu karyerasını “Bavariya” klubunda davam etdirə bilər. 

90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu fransız forvardı transferini həyata keçirməkdə qərarlıdır.

27 yaşlı hücumçu karyerasını Münhendə davam etdirmək istəyir və artıq keçidə razılıq verib.

Hələlik klubalar arasında rəsmi razılıq əldə olunmayıb, lakin danışıqlar davam edir. Transfermarkt saytının ekspertlərinə görə, Kristofor Nkunkunun bazar dəyəri 35 milyon avro təşkil edir.

Əvvəl əsas hədəf “Ştutqart”ın futbolçusu Nik Voltemade olsa da, transfer son anda baş tutmayıb. Qeyd edək ki, İngiltərəyə keçmədən əvvəl Nkunku Almaniyada “Leypsiq”də çıxış edib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir