- Transfer
- 12:47 04.12.2025
PSJ-nin müdafiəçisi Nordi Mukiele İngiltərə Premyer Liqası klubu “Sanderlend”ə keçməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqa klubu fransız futbolçu ilə razılığa gəlib.
İngiltərə klubu 27 yaşlı müdafiəçini transfer etmək üçün təxminən 12 milyon avro ödəyəcək. Mukiele ilə isə 2029-cu ilin ortalarına qədər müqavilə imzalanacaq.
Keçən mövsüm Nordi “Bayer”də icarə əsasında çıxış edib. O, 24 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.