- Transfer
- 12:47 04.12.2025
“Aston Villa” PSJ-nin yarımmüdafiəçi Marko Asensionun hüquqlarını ala bilər.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, Premyer Liqa klubu yaxın günlərdə ispan oyunçunu Paris klubundan almaq üçün danışıqlar başlayacaq. "Aston Villa" oyunçunun agenti ilə razılığa gəlib.
Futbolçunun yeni klubu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.
“Aston Villa” Asensio üçün təxminən 15 milyon avro ayırmağa hazırdır. 2024/2025 mövsümündə icarə əsasında “Aston Villa”da çıxış edirdi. O İngiltərə klubunda 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.