- Transfer
- 15:17 11.03.2026
Şaxtyor Şalke'nin futbolçusu Yevgeni Konoplyankanı transfer edib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Ukraynalı futbolçu üçün təzminat qiyməti barədə açıqlama verilməyib.
Qeyd edək ki, Y.Konoplyanka 2017-ci ildən oynadığı Almaniya təmsilçisində 78 matçda 13 qolla yadda qalıb.