14 dekabr 2025. Bazar günü

"Mançester Siti" Rodriqonu heyətinə qatmaqda israrlıdır


  • Transfer
  • 17:07 18.08.2025
  • Oxunma sayı: 137
"Mançester Siti" Rodriqonu heyətinə qatmaqda israrlıdır

İngiltərənin “Mançester Siti” klubu İspaniya nəhəngi “Real Madrid”in vingeri Rodriqo Qoesə marağını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalının “şəhərlilər”in heyətinə keçməsi üçün artıq əsas şərt də məlum olub.

Belə ki, “Mançester Siti” Rodriqonu yalnız bir halda transfer edəcək – əgər digər braziliyalı futbolçu Savio komandadan ayrılarsa. Hazırda “Siti” Savionun “Tottenhem”ə satışı ilə bağlı danışıqlar aparır, lakin tərəflər hələlik razılığa gəlməyiblər.

Bundan öncə yayılan məlumatlara görə, əgər Rodriqo “Real”dan ayrılmaq istəsə, Madrid klubu onu yalnız 100 milyon avrodan yuxarı məbləğə buraxmağa razı olacaq.

24 yaşlı futbolçu geridə qalan mövsümdə bütün turnirlər üzrə 54 oyunda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real Madrid”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, oyunçunun hazırkı bazar dəyəri 90 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı