14 dekabr 2025. Bazar günü

“Liverpul”dan “Bornmut”a


  • Transfer
  • 23:54 18.08.2025
  • Oxunma sayı: 176
“Liverpul”dan “Bornmut”a

“Liverpul”un cinah hücumçusu Ben Doak yeni klubuna qoşulub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu bundan sonra “Bornmut”un şərəfini qoruyacaq.

Şotlandiya millisinin üzvü Doak “Bornmut”la beş illik müqavilə imzalayıb. Bu keçid üçün Mersisayd klubuna 29 milyon avro ödənilib.

Keçən mövsümü “Midlzbro”da icarə əsasında keçirən Doak 24 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun qiyməti 14 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı