1 oktyabr 2026. Cümə axşamı

Qarnaço “Çelsi”yə keçməyə hazırdır


  • Transfer
  • 11:13 19.08.2025
  • Oxunma sayı: 247
Qarnaço “Çelsi”yə keçməyə hazırdır

“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço karyerasını “Çelsi”də davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçu London təmsilçisi ilə şifahi razılıq əldə edib.

21 yaşlı oyunçu digər klublardan aldığı təklifləri rədd edərək, “Çelsi”nin “Mançester Yunayted”lə rəsmi danışıqlara başlamasını gözləyir. Bildirilir ki, London klubu baş məşqçi Enso Mareskinin planlarına daxil olmayan oyunçularla yollarını ayırdıqdan sonra Qarnaço üçün rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Ruben Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted”də Qarnaçonun gələcəyi ilə bağlı planlar yoxdur və klub onu satışa çıxarıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir