5 dekabr 2025. Cümə

Kolo-Muani “Yuventus”a qayıtmağa yaxındır


  • Transfer
  • 12:13 19.08.2025
  • Oxunma sayı: 157
Kolo-Muani “Yuventus”a qayıtmağa yaxındır

PSJ-nin hücumçusu Randal Kolo-Muaninin “Yuventus”a keçidi yenidən gündəmdədir.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında danışıqlar asan keçməsə də, Turin təmsilçisinin rəhbərliyi fransalı futbolçunu icarəyə qaytaracaqlarına inanır.

Müqaviləyə müəyyən şərtlər yerinə yetirildiyi halda məcburi satınalma bəndinin də daxil ediləcəyi gözlənilir.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Yuventus”a qayıtmaq istəyi uzun müddətdir məlumdur. Klub artıq onunla 2030-cu ilə qədər nəzərdə tutulan şəxsi müqavilə şərtlərində razılıq əldə edib.

Randall Kolo Muani ötən mövsümün ikinci yarısını “biankoneri”nin heyətində icarə əsasında keçirib. Bu müddət ərzində o, 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer