5 dekabr 2025. Cümə

Ceymi Vardi karyerasını İtaliyada davam etdirə bilər


  • Transfer
  • 15:38 19.08.2025
  • Oxunma sayı: 149
Ceymi Vardi karyerasını İtaliyada davam etdirə bilər

İngiltərə milli komandasının sabiq üzvü, hücumçu Ceymi Vardi karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, "Napoli" klubu, belçikalı Romen Lukakunun zədələnməsi səbəbindən hücum xəttinə yeni oyunçu cəlb etməyi planlaşdırır və siyahıda Vardi də yer alıb.

Neapol təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

38 yaşlı hücumçuya yalnız "Napoli" deyil, bir neçə digər klub da maraq göstərir. İngiltərənin "Vest Hem" və "Brentford" klublarının yanı sıra, Şotlandiyanın "Seltek" komandası da Vardini transfer etmək istəyənlər arasındadır.

Vardi hazırda sərbəst agent statusunda olduğu üçün, onun "Napoli"yə keçidi mümkündür.

Bu yay "Lester" ilə müqaviləsi başa çatdıqdan sonra o, klubdan ayrılıb.Keçən mövsümdə Ceymi Vardi "Lester"də 36 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.







Transfer