- Transfer
- 18:38 24.11.2024
“Qalatasaray” transfer pəncərəsinin son günündə heyətini 4 yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul klubu Radamel Falkao, Florin Andone, Mario Lemina və Taylan Antalyalını transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransanın “Monako” klubunun hücumçusu Radamel Falkao ilə 3 illik müqavilə imzalanıb. 33 yaşlı hücumçu bu 3 mövsüm ərzində “Qalatasaray”da 5 milyon avro qazanacaq.