5 dekabr 2025. Cümə

"Aston Villa" "Tuluza"nın 19 yaşlı müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 16:29 19.08.2025
  • Oxunma sayı: 112
"Aston Villa" "Tuluza"nın 19 yaşlı müdafiəçisini transfer etmək istəyir

Fransa "Tuluza"sının mərkəz müdafiəçisi Jeyde Kanvo karyerasını İngiltərənin "Aston Villa" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "Aston Villa" artıq 19 yaşlı futbolçu üçün ilk təklifini "Tuluza"ya göndərib, lakin fransız klubu təklifi rədd edib.

Birmingham təmsilçisi yeni bir təklif hazırlayır və "Tuluza" Kanvonun satışından 20 milyon avro qazanmaq istəyir.

Müdafiəçi keçən mövsümdə "Tuluza"nın əsas komandasında 21 oyun keçirib, lakin heç bir məhsuldar hərəkətə imza atmayıb.

Kanvonun "Tuluza" ilə müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt mütəxəssisləri onun qiymətini 4 milyon avro olaraq qiymətləndirir.







Transfer