- Transfer
- 12:47 04.12.2025
"Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi Sverr Nyupan "Midsbro"ya icarəyə keçib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İngiltərənin Çempionşip liqasının təmsilçisi rəsmi saytında məlumat yayıb.
Norveçli futbolçu cari mövsümün sonuna qədər "Midsbro"nun formasını geyinəcək.
Nyupan bu yay "Mançester Siti"yə transfer olunub. 18 yaşlı yarımmüdafiəçi, Norveçin "Rusenborq" klubundan 14,5 milyon avro qarşılığında transfer edilib. Keçən Norveç çempionatında Nyupan 9 oyuna çıxıb və 1 qol vurub.
Cari mövsümün başlanğıcında "Midsbrou" iki turdan sonra Çempionşipdə 6 xal toplayaraq ikinci yerdə qərarlaşıb.