- Transfer
- 12:47 04.12.2025
“Barselona”nın futbolçusu Mark Kasado mövsümün gedişində komandadan ayrıla bilər.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu 21 yaşlı yarımmüdafiəçini yalnız 30 milyon avro qarşılığında buraxmağa hazırdır.
Daha öncə İngiltərə Premyer Liqasının bir neçə təmsilçisinin Kasadonun transferi ilə maraqlandığı bildirilmişdi.
“Barselona”nın yetirməsi olan futbolçu ötən mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.