5 dekabr 2025. Cümə

“Napoli” ispaniyalı müdafiəçi ilə gücləndi


  • Transfer
  • 21:11 19.08.2025
  • Oxunma sayı: 130
“Napoli” ispaniyalı müdafiəçi ilə gücləndi

“Napoli” heyətini yeni futbolçu ilə möhkəmlədib.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya klubu “Jirona”nın sol cinah müdafiəçisi Miqel Qutyerresi transfer edib. Bu barədə Neapol təmsilçisinin rəsmi saytında məlumat yayılıb.

İspan futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Napoli” bu keçid üçün La Liqa klubuna 18 milyon avro (bonuslar nəzərə alınmadan) ödəyib.

24 yaşlı Qutyerres ötən mövsüm La Liqada 36 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin A Seriyasında debütü avqustun 23-də, ilk turda “Sassuolo”ya qarşı keçiriləcək oyunda baş tuta bilər.







Transfer