5 dekabr 2025. Cümə

“İnter”in yarımmüdafiəçisi “Bolonya”ya keçir


  • Transfer
  • 21:36 19.08.2025
  • Oxunma sayı: 135
“İnter”in yarımmüdafiəçisi “Bolonya”ya keçir

“İnter”in futbolçusu Kristian Asllani karyerasını “Bolonya”da davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, “Bolonya” albaniyalının transferi üçün "nerradzura" ilə razılığa gəlib. 

23 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalanacaq. Sazişdə əlavə olaraq 1 illik uzatma bəndi də yer alacaq. Futbolçunun illik məvacibi 1,8 milyon avro təşkil edəcək.

Bu keçidin dəyəri 10 milyon avro olacaq. Bundan əlavə, “İnter” oyunçunun gələcək satışından əldə ediləcək məbləğin 40 faizini qazanacaq.

Kristian Asllani 2023-cü ildə “Empoli”dən “İnter”ə 16 milyon avroya transfer olunmuşdu. O, Milan təmsilçisinin heyətində 99 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer