1 oktyabr 2026. Cümə axşamı

“Əl-Əhli” “Milan”ın yarımmüdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 21:46 19.08.2025
  • Oxunma sayı: 214
“Əl-Əhli” “Milan”ın yarımmüdafiəçisini transfer etmək istəyir

“Milan”ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Əl-Əhli” klubu fransalı futbolçunu komandadan ayrılacağı gözlənilən Frank Kessiyə əvəzləyici olaraq görür.  Səudiyyə təmsilçisi artıq 26 yaşlı futbolçunun agentləri ilə əlaqə saxlayıb.

Maraqlıdır ki, Kessi də vaxtilə “Milan”ın şərəfini qoruyub. Skautların fikrincə, Fofana klubun oyun üslubuna uyğun futbolçudur.

Hələlik “Milan” bu təkliflə bağlı rəsmi mövqe bildirməyib.

Qeyd edək ki, A Seriyasında yeni mövsüm bu həftə start götürəcək. “Milan” ilk turda elitaya yenidən qayıdan “Kremoneze” ilə qarşılaşacaq. Matç şənbə günü keçiriləcək.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir