5 dekabr 2025. Cümə

Ərəblər ona rəsmi təklif göndərdi - 3 ilə bu qədər maaş verirlər


  • Transfer
  • 21:55 19.08.2025
  • Oxunma sayı: 163
Ərəblər ona rəsmi təklif göndərdi  - 3 ilə bu qədər maaş verirlər

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Əl-Əhli” 27 yaşlı futbolçu üçün Turin klubuna 25 milyon avro təklif etsə də, bu məbləğ qəbul olunmayıb.

“Yuventus” yalnız 35 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirəcək.

 Səudiyyə klubu Lokatelliyə 3 illik müqavilədən illik 10 milyon avro maaş və əlavə 2 milyon avro bonus ödəməyə hazırdır. Bu, futbolçunun hazırkı qazancından 3-4 dəfə çoxdur.

Qeyd edək ki, Manuel Lokatellinin “Yuventus”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.







Transfer