- Transfer
- 23:59 29.01.2026
Ukrayna milli komandasının mərkəz hücumçusu Artem Dovbik “Roma”dan ayrıla bilər.
90deqiqe.Az-ın məlumatına görə, hazırkı Seriya A çempionu “Napoli” əsas hücumçusu Romelu Lukakunun uzun müddətlik zədə səbəbindən sıradan çıxmasından sonra ukraynalı futbolçunun xidmətində maraqlıdır. Neapol təmsilçisi artıq futbolçunun transferi ilə bağlı agentləri ilə əlaqə saxlayıb.
Dovbikin bazar dəyəri 30 milyon avro ilə qiymətləndirilir. Keçən mövsümdə Artem 45 matçda iştirak edib və 17 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.