- Transfer
- 23:59 29.01.2026
Braziliyanın “Palmeyras” komandasının müdafiəçisi Luis Benedetti karyerasını İspaniya çempionatının top-klublarından birində davam etdirə bilər.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, 19 yaşlı futbolçu “Barselona”nın diqqət mərkəzinə düşüb. Kataloniya klubunun nümayəndələri artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
İspaniya nəhəngi Benedettinin transferində “Napoli” və “Arsenal” kimi klublarla mübarizə aparır.
Cari mövsümdə müdafiəçi “Palmeyras”ın heyətində 9 oyun keçirib və heç bir qol vurmayıb. Bundan əlavə, o, Braziliya milli komandalarının gənclərdən ibarət heyətində 7 oyun keçirmiş və 2 qol vurmuşdur.